Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı Ümumdünya Səhiyyə Təşkilatının dəstəyilə COVİD-19 pandemiyası ilə mübarizədə qlobal liderlik nümayiş etdirmişdir.
“Aran” xəbər verir ki, bunu Prezident İlham Əliyev Ümumdünya Sağlamlıq Günü münasibətilə paylaşımında deyib.
“Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək”, – dövlət başçısı vurğulayıb.