Ordu dövlətimizin müstəqilliyinin dayağıdır

Azərbaycan xalqı tarix boyu bir çox mərhumiyyətlərə düçar olmuşdur. 1988-ci ilin əvvəllərindən başlayaraq xalqımız yenidən ermənilərin məkrli və hiyləgər planının nəticəsi olan separatizmlə qarşılaşdı. Əvvəli mitinqlə başlayan bu hərəkat sonradan silahlı toqquşmaya və nəhayət torpaqlarımızın ardıcıl olaraq işğal edilməsinə çevrildi. 1991-ci ilin sentyabr ayında Azərbaycan Respublika Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edilsə də, ordu quruculuğu sahəsində heç bir əsaslı iş görülmədi. Torpaqlarımızın müdafiəsi vahid bir komandaya tabe olmayan ayrı-ayrı silahlı dəstələrin ümidinə qalmışdı. Buna görə də, ərazilərimiz ardıcıl olaraq erməni-rus hərbi birləşmələri tərəfindən işğal edilirdi. Hamıya məlum olduğu kimi həmin dövrdə ölkəmizdə ağır içtimai-siyasi vəziyyət hökm sürürdü. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkədə xaos, anarxiya baş alıb gedirdi. Ordu yox dərəcəsində idi. Ölkənin bu çətin durumunda xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni düşdüyü ağır vəziyyətdən qurtarmaq üçün bir sıra təxirəsalmaz vəzifələri həll etdi. Bunlardan biri də nizami ordunun yaradılması idi. Ulu öndər həyata keçirdiyi tədbirlər nəticəsində ölkədə qısa müddət ərzində bütün sahələrdə müsbət irəliləyişlər əldə edildi. Dünyanın aparıcı dövlətləri ilə siyasi əlaqələrin qurulması, atəşkəsin əldə edilməsi, dünyanın aparıcı neft şirkətləri ilə kontraktların bağlanması ölkənin həm iqtisadiyyatının, həm də beynəlxalq aləmdə nüfuzunun artmasına gətirib çıxardı. Ordu quruculuğuna çox ciddi diqqət ayıran ulu öndər deyirdi: “ Ordu xalqın bir hissəsidir. Xalqa ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya da daha çox güc verir. Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının milli ordusu-respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiəsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır.” 1993-cü ilin iyun ayının 15-dən başlayan ordu quruculuğu tezliklə öz bəhrəsini verməyə başladı. Ulu Öndərin başlayıb axıra çatdıra bilmədiyi taleyüklü məsələləri onun siyasi varisi cənab İlham Əliyev uğurla dvam etdirdi. Prezident seçildikdən sonra cənab İlham Əliyev ordunun NATO standartlarına uyğun qurulması üçün qardaş Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirdi. Ordunun ən müasir silahlarla təchiz edilməsi Ali Baş Komandanın daim diqqətində saxlanırdı. Bu görülən işlər 2020-ci ildə Ermənistanın növbəti təxribatına cavab olaraq 27 sentyabrda başlanan və 44 günlük müharibədə Azərbaycan Ordusunun böyük qələbə qazanmasına gətirib çıxardı. İndi Azərbaycan Xalqı fəxr edir ki, qarşıya qoyulan bütün hərbi vəzifələri icra etməyə qadir olan Ordusu var.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Şərhlər