Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi yaradılıb.”Qafqazinfo” xəbər verir ki, eyni zamanda Azərbaycan Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilib:
– 5.1-ci bəndin birinci cümləsindən “(yerli baş idarə, idarələr, şöbələr və bölmələr)” və “, habelə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti” sözləri çıxarılsın;- 5.5-ci bəndin birinci cümləsində “bir birinci müavini və üç müavini” sözləri “müavinləri” sözü ilə əvəz edilsin;
– 5.6.9-cu yarımbənddə “yerli baş idarə, idarə, şöbə və bölmələrin” sözləri “strukturuna daxil olan qurumların” sözləri ilə əvəz edilsin;- 5.6.11-ci yarımbənddə “yerli baş idarə, idarə, şöbə və bölmələrin” sözləri “strukturuna daxil olan” sözləri ilə əvəz edilsin;- 5.7-ci bəndin birinci cümləsindən “, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisindən” sözləri çıxarılsın.Nazirlər Kabinetnə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.