Son iki gündə 24,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Polis əməkdaşlarının aprelin 8-də və 9-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

“Aran” Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə əsasən məlumat verir. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 24,3 kiloqramdan çox marixuana, 190 qrama yaxın heroin, 60 qrama yaxın tiryək, 50 qramdan çox metamfetamin, 640 ədəd metadon həbi, 154 ədəd çətənə kolu olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Şərhlər