Ağcabədidə “Heydər Əliyev və Azərbaycan Muğamı” adlı tədbir keçirilib

Aprelin 12-də  Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və Qarabağ Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aran”  xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva ömrünü xalqının xoşbəxt gələcəyinə həsr etmiş Heydər Əliyev haqqında ətraflı danışaraq bildirib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ulu öndərin şərəfli adı ilə bağlıdır. O, var qüvvəsini Azərbaycanın yüksəlişinə həsr etmiş, respublikamızın hər yerində nəhəng quruculuq işlərinin təşəbbüskarı və memarı olmuşdur. R. Əliyeva həmçinin Heydər Əliyevin Muğam sahəsinə verdiyi dəyərdən ətraflı danışaraq qeyd edib ki, Azərbaycan mədəniyyətinin bugünkü inkişafında, xüsusən də muğam sənətinin dünyada tanıdılmasında dahi liderin, eyni zamanda Mehriban Əliyevanın xidmətləri misilsizdir və “mədəniyyətin hamisi” olaraq dövlət quruculuğu işlərində böyük töhfəsini verməkdədir.

Sonra Qarabağ Muğam Mərkəzinin direktoru Tural Niftəliyev “Heydər Əliyev ili” çərçivəsində Qarabağ Muğam Mərkəzinin keçirdiyi tədbirlər, eləcə də ümummilli liderin muğam sahəsinə göstərdiyi diqqət haqqında məlumat verib.

Qeyd olunub ki, Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər muğamın müasir tarixində müstəsna rol oynayır. Məhz onun xidmətləri sayəsində muğam sənəti UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına daxil edilmişdir.

Tədbirin bədii hissəsində Qarabağ Muğam Mərkəzinin səs müəllimi Əhət Təhməzovun ifasında “Ala Göz” və “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək” mahnıları, həmçinin adıçəkilən mərkəzin şagirdi Səbuhi Əliyevin ifasında “Küçələrə su səpmişəm” mahnısı səsləndirilib.

Sonda xatirə fotoları çəkdirilib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər