Bağça tərbiyəçilərinin sertifikasiyası üçün normativ sənədin hazırlanması istiqamətində Elm və Təhsil Nazirliyində iş başlayıb.
“Aran” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri üçün keçirilən seminarda deyib.
O bildirib ki, 2026-cı ilə qədər bu proses icra olunacaq.