Ağcabədidə tədbir: Heydər Əliyev və muzeylərimiz

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və muzeylərimiz” adlı tədbir keçirilib.

“Aran” xəbər verir ki, Heydər Əliyev Mərkəzinin, Ağcabədi və Ağdam Tarix-Diyarşünaslıq muzeylərinin, Üzeyir Hacıbəyli adına Uşaq musiqi məktəbinin, Həmidə Məmmədquluzadənin ev-muzeyi filialının, habelə 8 saylı tam orta məktəbin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sadiq Əliyev Ulu Öndər Heydər Əliyevin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb.

Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov və Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva çıxışlarında Ulu Öndərin müstəqil Azərbaycanın inkişafı naminə gördüyü işlərdən bəhs ediblər. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, muzey işi də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilib, 1994-cü ildə isə bu müşavirənin materialları əsasında “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilib. “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir.

Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq milli mədəni irsimizin qorunması dövlət əhəmiyyətli prioritet məqsəd kimi qarşıya qoyulub.

Tədbirin bədii hissəsində Ağcabədi şəhər 8 saylı tam orta məktəbin şagirdləri tərəfindən şeir kompozisiyası təqdim edilib, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı videoçarx nümayiş olunub.

Sonda “Heydər Əliyev-100” adlı səyyar sərgiyə baxış keçirilib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər