“Heydər Əliyev və Azərbaycan elminin inkişafı” mövzusunda dəyirmi masa

“Aran” xəbər verir ki, aprelin 14-də ADPU Ağcabədi filialında “Dillər, ədəbiyyat və
onların tədrisi texnologiyası” kafedrasının təşkilatçılığı ilə Ulu öndərin anadan olmasının
100 illik yubileyi münasibətilə “Heydər Əliyev və Azərbaycan elminin inkişafı”
mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə kafedranın müəllim kollektivi və tələbələr
iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan filialın direktoru Mobil Məcidov ümummilli liderin keçdiyi şərəfli
həyat yolundan danışıb, onun Azərbaycanın inkişafında misilsiz xidmətləri olduğunu
qeyd edib.
Sonra kafedranın müəllimləri Mətanət Fərzəliyeva, Fəridə Mikayılova, Səfurə
Mahmudzadə, Rzayeva Leyla, Sevinc Məhərrəmova, tələbələr Elnarə Məmmdəova,
Sevinc Allahyarova və Aytəkin Quliyeva çıxış edərək, ulu öndərin elmin inkişafına
göstərdiyi yüksək diqqətdən, eyni zamanda ölkəmizin güclənməsində, dünya
miqyasında tanınmasında və layiqli yerinin təmin olunmasında atdığı addımlardan söz
açıblar.
Tədbirin sonunda dahi liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər