Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
“Aran” APA-ya istinadən bildirir ki, ictimai fəallar aksiyanı gecəboyu da davam etdiriblər. Onlar həmişəki kimi günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməklə başlayıblar.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb, 124 gündür davam edir.