Yaşıllıq zolağı  salınıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100  illiyi münasibətilə Ağcabədi rayonunda silsilə tədbirlər davam edir.

Aran” xəbər verir ki, elə tədbirlərdən biri də aprelin 25-də Ağcabədi şəhər 8 saylı uşaq bağçası-körpələr evi YAP ərazi təşkilatının təşəbbüsü ilə həyata keçirilib. Zərdab-Ağcabədi asfalt yolunun kənarında, “Zəfər Prospekti”nin başlanğıcında ayrılmış sahədə 100 ədəd həmişəyaşıl sərv ağacı əkilib.

Ağacəkmə kampaniyasında YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, aparat işçiləri, bağcanın kollektivi və körpə fidanlar  iştirak ediblər.

Ağacəkmə  kampaniyasının sonunda xatirə şəkli çəkilib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər