“Aran” xəbər verir ki, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisi, Ağcabədi regional “ASAN xidmət” mərkəzi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin və Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “ Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı konfrans keçirilib.
İlk olaraq foyedə təşkil edilmiş rəsm sərgisinə baxış keçirilib.
Tədbir Azərbaycanın Dövlət Himni ilə başlayıb. Ulu öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Heydər Əliyevin həyat yolunu əks etdirən video çarx izlənilib.
Tədbirdə Ağcabədi regional “ASAN xidmət” mərkəzinin direktor müavini Şamxal Həsənov, GTM Qarabağ Regional ofisinin əməkdaşı Fəridə Ağayeva, Ağcabəd rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Səbuhi Mövsümov, Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət məktəbinin direktoru Günel Kərimova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının müəllimi Aygün Əlizadə çıxış edərək, Heydər Əliyevin xalqa diqqət və qayğısından söz açaraq, onun xalqımız qarşısında mühüm xidmətlərindən bəhs ediblər.
Eyni zamanda qeyd edilib ki, ümummilli lider Heydər Əliyev tərəfindən gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılması təmin edilib. Gənclər siyasətində idmanın inkişaf etdirilməsinə və onun kütləviliyinin artırılmasına isə xüsusi diqqət yetirilib. Bu gün Heydər Əliyevin gənclər siyasəti Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə daha səmərəli və mütəşəkkil formada davam edir. Yekunda konsert proqramı ilə davam edib.