Ağcabədidə şahmat turnirinə yekun vurulub

YAP Ağcabədi rayon təşkilatı tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə şagirdlər arasında keçirilən şahmat üzrə rayon birinciliyinə yekun vurulub.

“Aran” xəbər verir ki, Ağcabədi rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbində təşkil olunan yarışda YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan edilib. Bu münasibətlə respublikanın hər yerində olduğu kimi Ağcabədidə  çoxsaylı tədbirlər keçirilib. Qeyd olunub ki, bu gün yekunlaşan şahmat  yarışı da həmin  silsilə tədbirlərdən biridir. Yarışlar  böyük və kiçik  yaş qruplarında  həm oğlanlar, həm də qızlar arasında keçirilib.

Yarışların nəticələrinə əsasən böyük yaş qrupunda oğlanlar arasında  şəhər 11 saylı tam orta məktəbin VIII sinif şagirdi Tural Ağayev I, şəhər 8 saylı tam orta məktəbin VIII sinif şagirdi Cavidan Qasımov II, şəhər 3 saylı məktəb- liseyin VI  sinif şagirdi İsmayıl Tahirli III yer, qızlar arasında şəhər 11 saylı tam orta məktəbin VIII sinif şagirdi Məryəm Abışova I, şəhər 8 saylı tam orta məktəbin VIII sinif şagirdi Fidan Qasımlı, şəhər 3 saylı məktəb- liseyin VII sinif şagirdi Xədicə Tağıyeva III yer, kiçik yaş qrupunda oğlanlar arasında şəhər 3 saylı məktəb- liseyin VII sinif şagirdi Urfan Xuduzadə I, şəhər 11 saylı tam orta məktəbin VII sinif şagirdi Aydın Məmmədov II, şəhər  9 saylı tam orta məktəbin  hazırlıq qrupunun şagirdi İlham Mamedov III yer,  qızlar arasında şəhər 11 saylı tam orta məktəbin VI sinif şagirdi Zümrüd Rüstəmli I, şəhər 9 saylı tam orta məktəbin IV sinif şagirdi Qənirə İmanova II, şəhər 3 saylı məktəb-liseyin  III sinif şagirdi Gülər Kərimova III yerə layiq görülüblər.    

Qaliblər YAP Ağcabədi rayon təşkilatının Fəxri fərmanları, medal və hədiyyələrlə mükafatlandırılıblar.

Yekunda  xatirə şəkli çəkilib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər