Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filalının və Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin birgə əməkdaşlığı ilə “Heydər Əliyev – 100: Nəsillərin görüşü” adlı tədbir keçirilib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə ADPU Ağcabədi filialının pedaqogika, psixologiya və onların tədrisi texnalogiyasi kafedrasının baş müəllimi, doktorant Aygün Əlizadə açaraq, ulu öndərin keçdiyi şərəfli həyat yolundan bəhs edərək qeyd edib ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynayıblar. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.
Tədbirdə çıxış edən GTM Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova gənclər adından qonaqlara təşəkkürünü bildirərək vurğulayıb ki, bu günkü görüşün məqsədi yaşlı və gənc nəsil arasında əlaqələrin möhkəmləndirilməsi, gənclərin ağsaqqallardan daha çox öyrənmələrinə, örnək götürmələrinə yardımçı olmaqdır. Eyni zamanda bildirilib ki, dahi lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində ağsaqqalların rolu daha da artdı.
Sonra Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri, Ağcabədi rayon Ağsaqqallar şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov, ADPU Ağcabədi filialının Pedaqogika, psixologiya və onların tədrisi texnalogiyasi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Tahir Kərimli, YAP veteranı Teymur Rəhimov, Zəhra İbrahimova, Müşkünaz Əbülhəsənova, Zeynəb Azadova, “Aran” qəzetinin redaktoru Məhsəti Musa ulu öndərlə bağlı xatirələrini paylaşaraq, onun Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.






