Nazir Rəşad Nəbiyev Ağcabədi şəhərində vətəndaşları qəbul edib

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev mayın 17-də Ağcabədi şəhərində yerləşən YAP Ağcabədi rayon təşkilatının inzibati binasında vətəndaşları qəbul edib.
Görüşdən əvvəl nazir Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstələri qoyub.

Vətəndaş qəbulunda Tərtər, Bərdə, Ağdam, Laçın və Ağcabədi rayonlarının sakinləri iştirak ediblər.

Qəbul zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb. Rəşad Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Sakinlərin müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələrlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq. Qeyd edək ki, vətəndaşların qəbulu mərkəzi icra hakimiyyəti orqanları və idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilir.

Hüseyn Quluzadə

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər