Kitabxanada “Oxu bayramı”

Heydər Əliyev – 100

Bu günlərdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Mərkəzi Kitabxana Sisteminin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Oxu bayramı” başlıqlı  mədəni tədbir keçirilib.

Görüşdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəis müavini Elçin Cəfərov, Əməkdar müəllim Zəhra İbrahimova, yazarlar Adil Misirli və Eldar Qarqarçay, şəhid ailələri, qazilər, şəhər 1, 2 və 4 saylı tam orta məktəblərinin müəllim və şagird kollektivi, Hacıbədəlli kənd Uşaq Musiqi Məktəbinin direktoru Məhbubə Əliyeva və şagirdləri, Ağcabədi Dövlət Rəsm Qalereyasının, Nəriman Nərimanov adına şəhər klubunun əməkdaşları, şəhər uşaq incəsənət məktəbinin şagirdləri, o cümlədən mətbuat nümayəndələri iştirak ediblər.

Yığıncağı Ağcabədi rayon MKS-nin direktor müavini Təranə Məmmədova giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və tədbiri açıq elan edib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, görkəmli dövlət xadimi Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Təranə Məmmədova bildirib ki, dövlət başçısının 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib.Bu münasibətlə Ağcabədi rayon MKS-də tədbirlər planı hazırlanıb, silsilə tədbirlər həyata keçirilir. Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Oxu bayramı” da keçirilən silsilə tədbirlərimizin davamıdır.

Daha sonra rayon MKS-nin direktoru Məhəbbət Əliyeva çıxış edərək Heydər Əliyevin Azərbaycanda I və II hakimiyyəti dövrlərində kitabxana sahəsinə göstərdiyi diqqət və qayğı, apardığı məqsədyönlü işlər haqqında ətraflı məlumat verib.

Çıxışçılardan Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəis müavini Elçin Cəfərov, şəhid bacısı Nüşabə İbrahimova, Əməkdar müəllim Zəhra İbrahimova, şəhər 1 saylı tam orta məktəbinin müəllimi Tahirə Qasımova və digərləri ümummilli liderin milli müstəqillik, azərbaycançılıq ideologiyası haqqında geniş məlumat veriblər.

Sonra şagirdlərin ifasında ulu öndərə və Azərbaycana həsr olunmuş şeirlər səsləndirilib. Üzeyir Hacıbəyli adına şəhər uşaq İncəsənət Məktəbinin şagirdləri müxtəlif rəqs nömrələri nümayiş etdiriblər.

Tədbir konsert proqramı ilə başa çatıb.

Sonda qonaqlar mərkəzi kitabxana əməkdaşlarının təşkil etdiyi “Ümummilli lider Heydər Əliyev-100”, “Əbədiyaşar insan”, ”Sən elə bir zirvəsən”, “Akademik Zərifə Əliyeva-100”, “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı”, “Uşaqların sehirli dünyası” və digər başlıqlı kitab sərgilərinə baxış keçiriblər.

Məhəbbət ƏLİYEVA,

Ağcabədi rayon MKS-nin direktoru

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər