Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 18 may – Beynalxalq Muzeylər Günü ilə bağlı tədbir keçirilib.
Tədbir GİKM-in Ağcabədi nümayəndəliyinin, Mərkəz əməkdaşlarının və media nümayəndələri iştirakı ilə təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Mərkəzin bələdçisi Səbinə Mamedova Muzeylər günü haqqında ətraflı məlumat verib Qeyd olunub ki, Muzeylər günü İCOM-un təşəbbüsü ilə 1977-ci ildən təsis olunub və ölkəmizdə də bu bayram müxtəlif tədbirlərlə qeyd edilir. Bu gün bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Həmçinin respublikamızda da muzeylərin inkişafı istiqamətində böyük işlər aparılır, fondlar zənginləşdirilir.
Sonra GİKM-in Ağcabədi nümayəndəliyinin əməkdaşı Leyla Zalova, “Aran” qəzetinin əməkdaşı Rəmziyyə Həsənova və Mərkəzin elmi işçisi Ruhin Hüseynov mövzu ərtafında çıxış ediblər. Bildirilib ki, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan verib. Eyni zamandamuzeylərin əsas vəzifəsi əşyaların və eksponatların, sadəcə, qorunub öyrənilməsi deyil,həm də onu təbliğ etməkdən ibarətdir.
Rəmziyyə HƏSƏNOVA