Yolumuz Heydər yoludur

Bir yol gedir sabahıma,

Yolumuz Heydər yoludur.

Şükr edirəm Allahıma,

Yolumuz Heydər yoludur.

Nə ağrı, nə məlal qoyub,

Xalqa nurlu əməl qoyub.

Gələcəyə təməl qoyub,

Yolumuz Heydər yoludur.

Sabah adlı elçisi var,

Mizanı var, ölçüsü var.

İlham adlı yolçusu var,

Yolumuz Heydər yoludur.

Yağılardan öc alıbdır,

İlham adı ucalıbdır.

Atasından güc alıbdır,

Yolumuz Heydər yoludur.

Zirvədən enən deyilik,

Yanmışıq sönən deyilik.

Bu yoldan dönən deyilik,

Yolumuz Heydər yoludur.

Haqq yolundan dönmək nədir,

Yağı düşmən məqam güdür.

Xalqımız İlhamla gedir-

Sabaha… Zəfər yoludur,

Yolumuz Heydər yoludur!

Tofiq Zeynal

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər