Ağcabədidə avtomobilin vurduğu şəxs xəstəxanada ölüb

Ağcabədidə avtomobilin vurduğu şəxs xəstəxanada ölüb.

“Aran” “Report”a istinadla xəbər verir ki, hadisə mayın 20-də Mingəçevir-Bəhrəmtəpə yolunun rayonunun Qaravəlli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Abdullayev Zamin Mamed oğlu idarə etdiyi “Mercedes-Benz C200” markalı avtomobillə hərəkətdə olarkən yolu atla keçən Yelmar Bayramovu vurub. Nəticədə Y.Bayramov xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, mayın 21-də həmin xəstəxanada vəfat edib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər