Mayın bütün sosial ödənişlərinin verilməsi yekunlaşır

Mayın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə “Aran” Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadla məlumat verir.

Bildirilib ki, vətəndaşlar ödənişləri müvafiq olaraq bank kartları vasitəsi ilə ala biləcəklər.

Bununla da, may ayının bütün sosial ödənişlərinin verilməsi tamamlanacaq.

Şərhlər