2022-ci ildə ilk dəfə qoyulmuş diaqnozla 682 nəfər alkoqolizm və alkol psixozu ilə qeydiyyata alınıb.
“Aran” bu barədə Dövlət Statistika Komitəsinə istinadla bildirir. Qeyd edilib ki, tibb müəssisələrində qeydiyyatda olan alkoqolizm və alkol psixozu xəstələrinin sayı isə 9 793 nəfər olub.