2022-ci ildə ilk dəfə qoyulmuş diaqnozla 3 645 nəfər bir neçə narkotik maddənin qəbul edilməsi və digər psixoaktiv maddələrdən istifadə nəticəsində yaranan psixi və davranış pozuntularından əziyyət çəkən xəstə qeydə alınıb.
“Aran” bu barədə Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, tibb müəssisələrində qeydiyyatda olanların cəmi sayı isə 6 350 nəfər olub.