Prezidentdən Elmira Axundova ilə bağlı – Sərəncam

Azərbaycanın Ukraynadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri, Xalq yazıçısı Elmira Axundova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

“Aran” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

E.Axundova Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, 2020-ci ildən Azərbaycanın Ukraynadakı səfiri olan E.Axundova iki gün öncə vəzifəsindən geri çağırılmışdı.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər