Ağcabədidə Avropa Multi Oyunlarının mükafatçısı ilə görüş keçirilib

26 may tarixində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində təşkil olunan taekvondo idman növü üzrə Avropa Multi Oyunları beynəlxaq turnirinin gümüş mükafatçısı Novruz Əliyev və onun məşqçi-müəllimi  Cəlil Abdullayevlə görüş keçirib. İdman qurumunun  rəisi R.Quliyev idmançımızı əldə etdiyi nəticə münasibəti ilə təbrik edib, keçirdiyi döyüşlərdən, gələcək karyera planlarından söhbət aparıb və onlara gələcək işlərində uğurlar arzu edib.

Xatırladaq  ki, 11-14 may 2023-cü il tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilmiş taekvondo idman növü üzrə Avropa Multi Oyunları beynəlxalq turnirində iştirak edən həmyerlimiz Novruz Əliyev yeniyetmələr arasında 2-ci yerə layiq görülüb.

                                                   Hüseyn Quluzadə

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər