Ağcabədidə barama tədarükünə başlanılıb

Respublikamızda baramaçılıq və ipəkçiliyin inkişafı istiqamətində mühüm addımlar atılır.Ölkə başçısının 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” da bu sahəyə marağın artmasında mühüm rol oynadı. Proqramın uğurlu icrası ölkəmizdə barama istehsalını ildən-ilə artırır. Ağcabədi də bu inkişafdan geri qalmır.

Aran” xəbər verir ki, mayın 26-da rayonda barama tədarükünə başlanılıb. Məhsul “AzSİLK” MMC-nin nümayəndələri tərəfindən Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) qəbul edilir. Qəbul məntəqəsində baramanın qəbulu üçün lazımi şərait yaradılıb.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tədarükün ilk günü qəbul məntəqəsində olub, kümçülərlə görüşüb, onlara müvafiq tövsiyələrini verərək, məhsul yığımında uğurlar arzu edib. Məhsul təhvilində  Ağcabədi şəhərinin, həmçinin Boyat, Kəbirli, Aran, Gələbədin, Cəfərbəyli, Qaraxanlı, Sarıcalı kəndlərinin kümçüləri fəallıq göstəriblər.

Qəbulun ilk günündə kümçülərin yetişdirdikləri  957 kiloqram məhsul təhvil alınıb.

Xatırladaq ki, cari ildə kümçülərə 700 qutu ipəkqurdu paylanılıb.

Rəmziyyə HƏSƏNOVA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Əvvəlki məqaləQarabağ Azərbaycandır!
Növbəti məqalədə26 may 2023-cü il, № 34

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər