Ölkə ərazisində intensiv yağan yağış və doludan sonra, bəzi rayon, eləcə də kəndlərin sel sularının ciddi təsirinə məruz qalması təhlükəsi yaranıb.
“Aran” ın əldə etdiyi məlumata əsasən yağan yağışlar dağlarda suyun səviyyəsini artırdığından mayın 25-də saat 17 radələrində Ağcabədi rayonunun “Haramı düzü “ adlanan ərazisində yerləşən Qarasu çökəkliyinə Xocavənd rayonundan daxil olmaqla güclü sel axını gəlmişdir.
Sel axını nəticəsində Aran kəndinin bir neçə fermer təsərrüfatı və əkin sahələri su altında qalmışdır.
Bununla əlaqədar rayon Fövqəladə Hallar Komissiyası və aidiyyəti qurumlar tərəfindən təxirəsalınmaz tədbirlər görülür. Suyun yaşayış məntəqələrinə daxil olmasının qarşısı alınmışdır.