Qarabağ Azərbaycandır!

“Heydər Əliyev İli” çərçivəsində  bölgələrdə ulu öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər davam edir.

Bu günlərdə M. Aranlı adına şəhər 11 saylı tam orta məktəbində “Qarabağ Azərbaycandır” mövzusunda tədbir keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Təhsil İdarəsi Ağcabədi Rayon Təhsil Sektorunun əməkdaşları, adıçəkilən məktəbin müəllim kollektivi və şagirdləri, media nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızn bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət himni səsləndirilib.

Tədbirin aparıcısı fəlsəfə elmləri doktoru Samirə Pəsiyeva dahi liderin  zəngin və çoxşaxəli fəaliyyətindən söz açıb. Qeyd edilib ki, dövlətçilik ənənələrinin möhkəmlənməsində, Azərbaycanın beynəlxalq nüfuzunun artmasında ulu öndərin misilsiz xidmətləri olub.

Sonra tədbir bədii hissə ilə davam edib. Şagirdlərin hazırladıqları kompozisiyalar maraqla qarşılanıb.

Rəmziyyə HƏSƏNOVA

Şərhlər