Ağcabədidə konfrans keçirilib

May ayının 26-da YAP Ağcabədi rayon təşkilatı Müstəqillik Günü münasibətilə  “Müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir” mövzusunda konfrans keçirilib.

Əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri  qoyaraq onun əziz xatirəsi ehtiramla  yad ediblər.

Konfrans iştirakçıları tərəfindən ümummilli liderin və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla  yad edilib. Dövlət himni səsləndirilib.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov konfransı açıq elan edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan edilib. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə çoxsaylı tədbirlər keçirilir. Bu günkü konfrans da həmin   silsilə tədbirlərdən biridir.

Qeyd olunub ki, 28 May Müstəqillik Gününü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş qürur mənbəyi olan  tarixi bir gün kimi qəbul edirik. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. Cümhuriyyət çox az müddət mövcud olsa da, Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi.

Konfransda Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova, İmamqulubəyli ərazi partiya təşkilatının sədri, Vətən Müharibəsi iştirakçısı Xaliq Rəhimov, Avşar ərazi partiya təşkilatının sədri Günay Camalxanova, Yeni Qaradolaq tam orta məktəbinin direktoru İlahə İbişova, Ağcabədi rayon İcra hakimiyyətinin yanında ictimai şuranın katibi  Sevinc Quliyeva çıxış edərək, ümummilli lider Heydər Əliyevin müstəqilliyin qorunmasında  əvəzsiz xidmətləri olduğunu, ulu öndərin  siyasətinin bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən  uğurla davam etdirildiyini qeyd ediblər.

Tədbirdərayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup YAP fəalı YAP Ağcabədi rayon təşkilatınınn Fəxri Fərmanları ilə təltif edildi, YAP  sıralarına daxil olan bir qrup gəncə təntənəli şəkildə YAP vəsiqələri təqdim edildi.

Sonunda  Müstəqillik Günü ilə bağlı hazırlanmış film nümayiş etdirilib.

Şərhlər