Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan və Misir Kikboksçuları arasında yoldaşlıq döyüşləri keçirləcək.
“Aran” xəbər verir ki, döyüşlər iyulun 11-də Misirin paytaxtı Qahirə şəhərində yerləşən Qahirə Beynəlxalq Stadionunda baş tutacaq.
Qeyd edək ki, sözügedən turnirdə həmyerlimiz, Azərbaycan çempionu, kikboksinq üzrə dünya çempionatında 2-ci yerin sahibi Vüqar Mamedov da iştirak edəcək.
