Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar ölkə daxilində eləcə də, xaricdə müxtəlif tədbirlər təşkil olunur. Bu dəfə isə dahi liderə həsr edilmiş qısametrajlı film ərsəyə gətirilib.
“Aran” xəbər verir ki, filmdə ulu öndərin uşaqlığını canlandıran Ağcabədinin Rəncbərlər kəndindən olan Lətifli Lətif Tofiq oğludur. Lətif M. Həsənov adına Rəncbərlər kənd tam orta məktəbinin 6-cı sinif şagirdidir.
Xəbəri aldığımız zaman Lətifin özü ilə əlaqə saxladıq. Lətif sevincinin həddi-hüdudu olmadığını, filmdə rol aldığı üçün qürur duyduğunu bildirdi. Onun bu sevincinə ailə üzvləri də şərik oldular. Atası Tofiq Lətifov da oğlunun bu filmdə rol aldığına görə böyük fəxr hissi duyduğunu dedi.
Qeyd edək ki, film “Kapital Bank”ın maliyyə dəstəyi əsasında çəkilib.
Rəmziyyə HƏSƏNOVA



