Ağcabədi rayonunda “17 iyun – Səhiyyə işçilərinin peşə bayramı” münasibətilə tədbir keçirilib. Toplantıda rayon icra hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova və aparatın əməkdaşları, Ağcabədi rayon Mərkəzi Xəstəxanası “Publik Hüquqi Şəxs”in, rayon Gigiyena və Epidemiologiya mərkəzinin kollektivləri iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Sonra görüş Ağcabədi rayon Mərkəzi Xəstəxanası “Publik Hüquqi Şəxs”in konfrans zalında davam edib. Yığıncağı giriş sözü ilə açan Ağcabədi rayon Mərkəzi Xəstəxanasının baş həkimi Təranə Məmmədova bugünkü gün münasibətilə tibb işçilərini təbrik edib, onlara həyatlarında və iş fəaliyyətlərində uğurlar diləyib. Sonra geniş məruzə ilə çıxış edən Vüsalə Məmmədova bildirib ki, Ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə ölkənin sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılması nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Əlavə olaraq onu da qeyd edib ki, Ulu öndərin ölkə rəhbərliyinə qayıdışından sonra səhiyyənin inkişafı istiqamətində görülən işlər haqqında, eləcə də Ümummilli liderin layiqli siyasi varisi Prezident İlham Əliyevin hakimiyyəti dövründə milli səhiyyə sistemimizin sürətlə müasirləşməsi və vətəndaşlarımızın dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlandığı bildirilib. Çıxışının sonunda Vüsalə Məmmədova rayon rəhbəri Rafil Hüseynovun səhiyyə işçilərinə təbrikini çatdırıb. Daha sonra Ağcabədi rayon Mərkəzi Xəstəxanası ”Publik Hüquqi Şəxs”in inzibati işlər üzrə müavini Salman Süleymanov və təcrübəli həkim Hüseyn Malışov səhiyyə işçilərinin həm COVİD-19 infeksiyası dövründə, həm də Vətən müharibəsi zamanı gecə-gündüz yorulmadan insanların xidmətlərində durduqlarından da söz açıblar. Yekunda rayon icra hakimiyyəti başçısının müavini tərəfindən rayonun səhiyyə həyatında fərqlənən bir qrup tibb işçisinə Ağcabədi Rayon İcra Başçısının Fəxri fərmanları təqdim olunub.






Hüseyn Quluzadə