“Aran” xəbər verir ki, İyun ayının 18-də, axşam saatlarında ölkə üzrə keçən qeyri-sabit hava şəraiti Ağcabədidə də fəsadlar törədib. Belə ki, güclü küləklə müşahidə olunan yağış daha sonra iridənəli doluya çevirilib. Əsasən rayonun Hindarx qəsəbəsi, Hacılar, Boyat, Qaraxanlı, Bilağan, Şərəfxanlı, İmamqulubəyli və digər kəndlərdə baş verən güclü dolu elektrik təsərrüfatına, xüsusən təsərrüfat sahələrinə – pambığa, taxıla ciddi zərər vurub. Qeyd edək ki, dolu eyni zamanda adları çəkilən qəsəbə və kəndlərdə yaşayış evlərində də ciddi fəsadlar törədib. Dəymiş ziyanla bağlı Fövqəladə Hallar üzrə rayon Komissiyası adları çəkilən ərazilərə baxış keçirir.



