Ağcabədidə “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib

“Aran” xəbər verir ki, iyulun 14-də Ağcabədi  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağcabədidə “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib.

Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan  tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının I müavini Xətai Zeynalov, aparatın məsul əməkdaşları,  YAP rayon təşkilatının nümayəndələri, həmçinin, təhsil, mədəniyyət, səhiyyə işçiləri və ziyalılar iştirak ediblər.

Tədbiri çıxış sözü ilə açan RİHB-nin müavini Xətai Zeynalov ulu öndərin həyat və fəaliyyətindən söz açıb. 1969-cu ilin 14 iyul tarixinin  xalqımızın  taleyində böyük rol oynadığını bildirib. Qeyd olunub ki, bu tarix ölkəmizin xilasının birinci mərhələsidir. Ümummilli lider Heydər Əliyev tərəfindən  köklü islahatlar reallaşdırıldı, onun  həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan  sürətlə inkişaf etdi.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatların əsası məhz ulu öndərin  siyasi kursunun davamıdır.

Sonra çıxış edən M.F. Axundov adına şəhər 3 saylı məktəb-liseyin müəllimi Aynur Hüseynova,  Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Ruhin Hüseynov, rayon MKS-nin direktoru Məhəbbət Əliyeva, ADPU Ağcabədi filialın tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimov Heydər Əliyevin gəlişi ilə respublikamızın və xalqımızın nicat yoluna qədəm qoyduğunundan, onun müstəqilliyimizin bərpası üçün gördüyü işlərdən danışıblar. Heydər Əliyevin ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsində göstərdiyi xidmətlərin əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.

Rəmziyyə HƏSƏNOVA

Şərhlər