İyulun 29 da yeni “Araz” supermarketlər şəbəkəsinin növbəti filialının açılışı Ağcabədidə olub.
Mağazanın açılışında “Araz” supermarketlər şəbəkəsinin bölgə müdiri Habulla Əhmədov, satış departementinin müdiri Səxavət İsmayılov, satış direktoru Emin Rüstəmov, eləcə də rayon sakinləri iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra çıxış edən bölgə müdiri Habulla Əhmədov bildirib ki, “Araz” supermarketlər şəbəkəsi bölgələrdə 200-dən artıq filialla vətəndaşlara xidmət edir. O, vətəndaşları münasib qiymətlərdən yararlanmağa dəvət edib.
Əhalinin tələbatına görə mağazalarının sayını da sürətlə artıran market 630 kvadrat metrlik sahəni əhatə edir. Burada bol çeşiddə, yüksək keyfiyyətli məhsullar, müştərilərin büdcəsinə uyğun qiymətlərlə sakinlərə təklif olunur. Müştərilərin rahat alış-veriş etməsi üçün marketdə hər cür şərait yaradılıb və açılışla əlaqədar olaraq kampaniyalar davam edir.
Qeyd edək ki, Ağcabədidə fəaliyyətə başlayan filial sayca 222-ci filialdır.
Qənaətli və keyfiyyətli alış verişin tək ünvanı, siz harda “Araz” orda.
Ünvan: Tofiq İsmayılov küçəsi.



