Ağcabədidə qanunsuz silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini cinayət məsuliyyətinə cəlb edilib.
“Aran” xəbər verir ki, rayonun Muğanlı kənd sakini Rafiq Vəliyev idarəsində olan avtomobillə birgə saxlanılıb. Avtomobilə baxış zamanı yük yerindən 1 ədəd nömrəsi silinmiş Kalaşnikov konstruksiyalı “AK-74” markalı avtomat, həmin silaha məxsus patron darağı və 5 ədəd 7.62 kalibrli patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs ilkin dindirilmə zamanı həmin silah-sursatı bir müddət əvvəl Qarqar çayının sahilindən tapdığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, R.Vəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
