Bir zəlzələlik canı var şəhərlərin,
Bir sevgilik ömrü var şairlərin,
Bir nəfərlik unudulmaq qorxusu var qadınların.
Şəhərlər zəlzələdən,
Şairlər
sevgidən,
Qadınlar unudulmaqdan qorxur.
Zəlzələdən sonra
şəhərdən nə qalırsa
Divar odur.
Sevgidən sonra şairdən nə qalırsa
Söz
odur.
Unudulandan sonra qadından nə qalırsa
Sən osan!
Aqşin YENİSEY