Laçında ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Aran” ın məlumatına görə, hadisə Mollalar kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində ölən və xəsarət alanlar var. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı saytımıza bildirib ki, hazırda Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.