İlham Əliyev Ərdoğanla telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan lideri İlham Əliyevlə telefonla danışıb.

“Aran” xəbər verir ki, bu haqda Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Türkiyə lideri telefon danışığı zamanı İlham Əliyevdən Azərbaycanın keçirdiyi antiterror tədbirlərindən sonra son vəziyyət ilə bağlı məlumat alıb.

Ərdoğan bir daha Əliyevə Türkiyənin Azərbaycanı ürəkdən dəstəklədiyini bildirib.

Prezidentlər iki ölkəni yaxından maraqlandıran regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər