Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib

Oktyabrın 17-də Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qarabağ Regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Müstəqilliyimiz əbədidir!” mövzusunda  tədbir keçirilib. Tədbirdə Ağcabədi Pedaqoji Kollecinin tələbələri, həmçinin M.Aranlı adına Ağcabədi şəhər 11 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru vəzifəsini müvəqqəti icra edən Ruhin Hüseynov çıxış edərək Azərbaycanın ovaxtkı düşdüyü çətin vəziyyətdən, mövcud olan siyası böhrandan, ölkədə baş verən xaosdan, eyni zamanda rayon və kəndlərimizin ard-arda ermənilər tərəfindən işğal olmasından söz açıb.   

Daha sonra “Aran Ağcabədi” tv-nın redaktoru Gündüz Sevindik, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional ofisinin əməkdaşı Fatimə Fərzəliyeva, GİKM-in Qarabağ regional nümayəndəliyinin əməkdaşı Leyla Zalova və Mərkəzinin əməkdaşı Səbinə Mamedova mövzu ətrafında ətraflı danışaraq qeyd ediblər ki, müstəqilliyin ilk illərində həlli çətin görünən problemlərlə üzləşmiş Azərbaycan Şərqdə ilk müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin aqibətini yaşamağa çox yaxın idi. Ancaq xalqımızın xoşbəxtliyi onda idi ki, belə bir mürəkkəb dövrdə onun Heydər Əliyev kimi müdrik lideri var idi. Xalqın təkidli tələbi və çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin yüksək dühası və siyasi uzaqgörənliyi sayəsində 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, respublika daxilində sabitlik təmin edildi. Azərbaycanın hərtərəfli tərəqqisinə, xalqımızın milli, mədəni, tarixi ənənələrinə, ümumbəşəri dəyərlərə söykənən, sivil, demokratik cəmiyyətin yaradılmasına xidmət edən islahatların həyata keçirilməsinə start verildi. Xüsusi olaraq qeyd olunub ki, Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının, hüquqi dövlət quruculuğunun əsası, beynəlxalq aləmdə artan nüfuzunun təməli ümummilli lider Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi illərdə qoyulmuşdur və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonda tədbir iştirakçıları ilə xatirə şəklləri çəkilib.

Gündüz SEVİNDİK

 

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər