Ağcabədidə yolların əsaslı təmiri davam etdirilir

Rayonumuzda şəhərdaxili yolların əsaslı təmiri davam etdirilir. Bununla əlaqədar olaraq  oktyabrın 17-də  icra başçısı Rafil Hüseynov rayonun Səməd Vurğun və Sabir Novruzov küçələrinə yeni salınan  asfalt örtüyü ilə tanış olub. Rayon rəhbəri əraziyə baxış keçirən zaman rayon, qəsəbə və kəndlərdə yolların keyfiyyət səviyyəsinin artırılması və əhalinin rahatlığının təmin olunmasının bu baxımdan əsas amil  olduğunu diqqətə çatdırıb.

Qeyd edilən küçələrdə yollar uzun illər istismara yararsız olduğundan həmin yerlərin asfaltlanması üçün əsaslı şəkildə təmirə ehtiyac yaranmışdı. İnşası norma və standartalara uyğun olaraq görülən təmir işləri cari ayda yekunlaşaraq sakinlərin mövcud problemlərini aradan qaldırıb.

Ənənəvi tikinti qaydasına görə əvvəlcə qum-çınqıl materialları tökülərək mexaniki hamarlama və bərkimə işləri aparılıb, daha sonra yollara asfalt örtük çəkilib. Bununla da yolboyu vətəndaşların rahat gediş-gəlişi təmin olunub.

Qeyd edək ki, rayonun Səməd Vurğun küçəsində antiterror əməliyyatlarında qəhrəmanlıqla həlak olan şəhid Əlimərdan Qəhrəmanovun adına salınan asfalt yolun uzunluğu 1,3 km, Sabir Novruzov küçəsində 1,4 km hissəni təşkil edir. Ümumi uzunluğu 2,7 kilometr olan asfalt döşəmənin çəkilməsi sözügedən şəhərdaxili küçələrdə təmizlik və istifadə nəzərindən  mühüm əhəmiyyət kəsb edir.

                                                                                                  Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər