Vergi Məcəlləsinə dəyişikliklərin məqsədi nədir?

“Bu gün nümayiş olunacaq Vergi Məcəlləsinə ediləcək dəyişikliklərin əsas məqsədi biznesin yükünün optimallaşdırılması, sahibkarlıq subyektlərinin fəaliyyəti üzrə vergi güzəştlərinin hədəfli tətbiqi, kölgə iqtisadiyyatının əhatə dairəsinin daraldılması, vergi orqanlarının risk əsaslı nəzarət sisteminin qurulması, mikrosahibkarlıq subyektinin kiçik sahibkarlıq subyektinə keçidinin stiumullaşdırılması, sosial dəstək mexanizmləri vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılmasıdır”. 

“Aran” xəbər verir ki, bu fikirləri Milli Məclisdə keçirilən komitə iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib. 

Xidmət rəisi qeyd edib ki, dəyişikliklər əsasən maliyyə, səhiyyə, kənd təsərrüfatı, turizm, nəqliyyat və digər sektorları əhatə edir: “Təklif olunan dəyişikliklər nəticəsində dövlət büdcəsinə 121,5 milyon manat gəlir, 79,5 milyon manat itki, ümumilikdə isə 42 milyon manat büdcə daxilolmaları gözlənilir”.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər