Muğanlı kənd sakinlərinin müraciəti öz müsbət həllini tapıb

“Aran” xəbər verir ki, Muğanlı kəndində sakinlərin həyətyanı sahəsinə xidmət edən 11-44 reper nömrəli subartezian quyusunun dərinlik nasosunda nasazlıq yarandığından suyun verilişi müvəqqəti olaraq dayanmışdı. Kənd ərazisini içməli və suvarma suyu ilə təmin edən subartezian quyusunun dərinlik nasosunun təmiri üçün Vətən müharibəsi  şəhidi Naim Ağayevin  atası Süleyman Ağayev və digər kənd sakinləri  Ağcabədi Rayon Suvarma Sistemləri İdarəsinə müraciət ediblər. Qurum tərəfindən  müraciət qeydə alındıqdan sonra sözügedən subartezian quyusununda mövcud nasazlığı öyrənmək üçün  idarənin bir qrup  mütəxəssisi  ərazidə olub. Əməkdaşlar tərəfindən həmin gün nasos qurğusu  sökülərək,  təmir emalatxanasına göndərilib. Bu proses qeyri-iş günlərinə təsadüf etdiyindən təmir olunan  dərinlik nasosunu subartezian quyusuna quraşdırmaq mümkün olmayıb, nəticədə işin icrası bir neçə gün təxirə düşüb. Lakin noyabrın 13-də idarənin işçilərinin  əməyi nəticəsində  kənd sakinlərinin  su həsrətinə son qoyulub,  subartezian quyusundan  suyun verilişi  bərpa   olunaraq vətəndaşların ixtiyarına verilib.

Görülən işdən razi qalan  şəhid atası Süleyman Ağayev və digər kənd sakinləri müraciətlərinin həll olunmasında göstərdiyi dəstəyə görə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılova, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova  və  rayon Suvarma Sistemləri İdarəsinin rəisinə  dərin minnətdarlıqlarını bildiriblər.

 

                                                                                                Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər